"Ona heyranam, amma klubu vidalaşmaq istəmir" - Joan Laporta

"Ona heyranam, amma klubu vidalaşmaq istəmir" - Joan Laporta

"Barselona"nın prezidenti Joan Laporta "Atletiko Madrid"in hücumçusu Joau Feliksin oyununu bəyəndiyini bildirib.

Fanat.Az xəbər verir ki, "Sport.es" klub başqanının söylədiklərini belə çatdırıb:

"Feliksin sərgilədiyi oyun çox xoşuma gəlir. Ona heyranam, əla futbolçudur. Antuan Qrizmannla Joaunu dəyişmək varintı? Hə, bunu müzakirə etmişik. Amma "Atletiko" Felikslə vidalaşmaq niyyətində deyil".

Feliks Madrid təmsilçisinə 2019-cu ildə "Benfika"dan transfer olunub.  Portuqaliya millisinin də üzvü olan 22 yaşlı forvard bu mövsüm İspaniya çempionatında 21 matça çıxıb. Ön xətt oyunçusu bu görüşlərdə 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər