"Bayern Münhen"in baş direktoru Oliver Kan İngiltərə millisinin hücumçusu Harri Keyn barədə danışmaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Bir müddətdir "Tottenhem"in hücumçusunun Bayern klubuna keçəcəyi iddia edilir.
Kana transferin nə zaman gerçəkləşəcəyi ilə bağlı sual ünvanlanıb. Ancaq klub rəmisi komandanın üzvü olmayan futbolçularla bağlı danışmayacağını bildirib. O, həmçinin Kolo Muani ilə bağlı sualı da cavabsız qoyub.
Röya