Olimpiya mükafatçısı narkotikə görə həbs olundu

Olimpiya mükafatçısı narkotikə görə həbs olundu
Sabiq velosipedçi Cek Bobric həbs olunub.
Fanat.Az xəbər verir ki, ikiqat Olimpiya mükafatçısı 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Bobric 2017-ci ilin martından avqustunadək sabiq velosipedçi Aleks Makqreqora 301 ədəd narkotik tərkibli həb verməkdə ittiham olunur.
Bu ilin əvvəlində Makqreqorun gecə klubları və barlarda bu həbləri satdığı bəlli olub. Lakin Bobric heç kimə narkotik maddə satmadığını, amma özü istifadə etdiyini bildirib.
Buna baxmayaraq Bobriç 4,5 il azadlıqdan məhrum olunub. Onun 2,5 il sonra apellyasiya verib azadlığa çıxmaq şansı var. Makqreqor isə ötən ilin iyulunda ilkin olaraq 1,5 il müddətinə həbs edilib. Onun həbs müddətində həbləri həmkarı Bobricdən aldığını etiraf etməsi güman edilir.
Qeyd edək ki, 2016-cı ildə idmanı atmış Bobric 2012 və 2016-cı il olimpiadalarında trek velosipedi üzrə gümüş medal qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər