Tokio-2020-də oxçuluq üzrə Olimpiya çempionu adı qazanan türk idmançı Mete Qazozun ailəsinə ağır itki baş verib.
Fanat.Az xəbər verir ki, Metenin 76 yaşlı nənəsi Zərifə Təhməz yolu keçmək istəyərkən onu maşın vurub.
Ağır yaralanan qadın təcili tibbi yardım maşınında xəstəxanaya aparılarkən yolda keçinib.
Zərifə Təhməzi maşınla vuran sürücü polis tərəfindən yaxalanıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Röya
