Olimpiya çempionumuz Almaniyada əməliyyat olunacaq

Olimpiya çempionumuz Almaniyada əməliyyat olunacaq

2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərov Almaniyada əməliyyat olunacaq. Bu barədə "Report"a 25 yaşlı idmançının özü məlumat verib.

T.Əsgərov bildirib ki, əməliyyat bir həftə sonraya planlaşdırılıb: "Boynumda yırtıq var. Bir neçə gündən sonra əməliyyat olunmaq üçün Almaniyaya getməliyəm. Bu zədə ilə futbol oynamaq olar, amma güləşmək mümkün deyil. Çünki əzilir, dartılır".

Qeyd edək ki, Toğrul Əsgərov zədə üzündən 12 - 22 mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılmayacaq. 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər