Olimpiya çempionu milli komandadan uzaqlaşdırıldı

Olimpiya çempionu milli komandadan uzaqlaşdırıldı

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi Kianuş Rostami ağırlıqqaldırma üzrə İran milli komandasının heyətindən kənarlaşdırılıb. Bu barədə yığmanın baş məşqçisi Səccad Anuşiravani qərar verib. 

O bildirib ki, səbəb Rostaminin məşqlərə qatılmamasıdır. Anuşiravarani 26 yaşlı atletin 24 - 28 apreldə Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Asiya çempionatında və 12 - 22 mayda Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməyəcəyini vurğulayıb. 

Qeyd edək ki, 85 kq çəki dərəcəsində çıxış edən Kianuş Rostami "Rio-2016"da iki hərəkətin cəmində 396 kq ağırlığın öhdəsindən gələrək, rekord müəyyənləşdirib. O, 2012-ci il London olimpiadasında isə bürünc medal qazanıb.(report)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər