Olimpiya çempionu dünyasını dəyişdi

Olimpiya çempionu dünyasını dəyişdi

Avarçəkmə üzrə SSRİ-nin əməkdar idman ustası Vladimir Yeşinov bu gün vəfat edib.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "Sport24" yayıb. 

Mütəxəssis uzun sürən xəstəlikdən sonra 75 yaşında dünyasını dəyişib.

Olimpiya çempionu dünyasını dəyişdi

Yeşinov 1976-cı ildə Olimpiya çempionu, ikiqat dünya çempionu (1974, 1975), Dünya Kubokunun gümüş və bürünc mükafatçısı, Avropa çempionu (1973) və Avropa çempionatının gümüş və bürünc mükafatçısı, dəfələrlə SSRİ çempionu olub.

O, “Dinamo” avarçəkmə təlim-idman bazasına rəhbərlik edib, həmçinin, Sankt-Peterburq Avarçəkmə Federasiyasının başçısı və Rusiya Avarçəkmə Federasiyasının Rəyasət Heyətinin üzvü olub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər