"Olimpik Lion" bunu 12 il gözlədi

"Olimpik Lion" bunu 12 il gözlədi

Fransa Kubokunun dünən keçirilən yarımfinal matçında Liqa 2 təmsilçisi "Valansyen"i 3:0 hesabı ilə məğlub edən "Olimpik Lion" uzun müddətdən sonra finalda oynamaq hüququ qazanıb.

Fanat.Az xəbər verir ki, sözügedən kollektiv bunadək son dəfə 2012-ci ildə ölkə kubokunun finalına yüksəlmişdi.

Həmin vaxt həlledici matçda "Keviyi Ruan"ı yenən lionlular turnirin qalibi olmuşdular.

"Uşaqlar" finalda PSJ - "Renn" cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Lion" indiyədək 5 dəfə  (1963/1964, 1966/1967, 1972/1973, 2007/2008, 2011/2012) Fransa Kubokunun qalibi olub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər