"Olimpiakos"u evə əliboş göndərdilər

"Olimpiakos"u evə əliboş göndərdilər

Futbol üzrə Yunanıstan çempionatında 5-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” da növbəti matçına çıxıb.   Pirey təmsilçisi səfərdə “Aris”ə uduzub - 1:2. 15-ci dəqiqədə hesabı açan “Olimpiakos”, 76 və 80-ci dəqiqələrdə buraxdığı qollarla meydanı xalsız tərk edib.   5 turdan sonra 8 xalı olan “Olimpiakos” 14 iştirakçı arasında 6-cı pillədədir.   “Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını 6 oktyabrda səfərdə, ikinci oyununu isə 13 oktyabrda Bakıda keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər