"McDonalds"ın 41 ildi davam edən Olimpiya Oyunlarına sponsorluğunu başa çatdırmasından sonra yarışın yeni sponsoru müəyyənləşib. Fanat.Az xəbər verir ki, bundan sonra Olimpiya Oyunlarına ABŞ-ın texnologiya nəhəngi "Intel" sponsorluq edəcək.
"İntel" və Beynəlxalq Olimpiya Komitəsinin (IOC) yaydığı birgə açıqlamada bildirilir ki, sponsorluq anlaşması 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimiya Oyunlarını, Yaponiyada təşkil olunacaq 2020 Yay Olimpiya Oyunlarını, 2022-ci ildə Çində keçiriləcək Qış Olimpiya Oyunlarını və hələlik ev sahibi müəyyənləşməyən 2024-cü il Yay Olimpiya Oyunlarını əhatə edəcək.
Bildirilir ki, "İntel" hər 4 il üçün Beynəlxalq Olimpiya Komitəsinə təxminən 100 milyon dollar ödəyəcək.
Fanat.Az