Olimpiadanın ilkin proqramındakı növlər açıqlandı

Olimpiadanın ilkin proqramındakı növlər açıqlandı

2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının ilkin proqramına daxil edilən idman növlərinin adları açıqlanıb.

Fanat.Az Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar qurumun sessiyasında qəbul olunub. İlkin siyahıda 28 növ yer alıb.

Bunlar atletika, akademik avarçəkmə, badminton, basketbol, ​​kayak və kanoe, velosiped idmanı, atçılıq, qılıncoynatma, futbol, ​​qolf, gimnastika, həndbol, hokkey, cüdo, güləş, üzgüçülük, reqbi-7, taekvondo, tennis, stolüstü tennis, atıcılıq, oxatma, triatlon, yelkənli idman, voleybol, skeytbordinq, sörfinq və qayayadırmanmadır. 

Boks, ağırlıqqaldırma və müasir pentatlon isə proqramda qalmaq üçün müxtəlif meyarlara cavab verməli, müvafiq federasiyalar islahatları başa çatdırmalıdırlar.

Yekun siyahı 2023-cü ilin dekabrında təsdiqlənəcək.

Qeyd edək ki, Oyunların 2028-ci il 21 iyul - 6 avqustda keçirilməsi planlaşdırılır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər