Obameyanqın yerinə kim gəlir?

Obameyanqın yerinə kim gəlir?

"Sevilya"nın hücumçusu Yusif En-Nesiri (Youssef En-Nesyri) "Arsenal"ın maraq dairəsinə düşüb.

Fanat.Az "La Colina de Nervion" nəşrinə istinadən xəbər veiri ki, "topçular" 24 yaşlı futbolçunu gələn il klubla müqaviləsi başa çatacaq Pyer Emerik Obameyanqın (Pyerre - Emerick Aubameyang) əvəzinə hücumda oynatmaq niyyətindədirlər.

Xatırladaq ki, mərakeşli futbolçu cari mövsüm "Sevilya"nın heyətində keçirdiyi üç oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər