Obameyanqı döyənlər müəyyənləşdi

Obameyanqı döyənlər müəyyənləşdi

İspaniyadakı malikanəsində silahlı hücuma məruz qalan "Barselona"nın forvardı Pyer-Emerik Obameyanqı qarət edənlər müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu barədə ARA məlumat yayıb. 

Obameyanq və həyat yoldaşı Alişa ötən bazar ertəsi Barselonada qarət edilib. Soyğunçular qabonlu futbolçunu dəmirlə döyüblər. Daha sonra evdən brilyant oğurlayıblar və ağ “Audi A3” markalı avtomobillə qaçıblar. Fiziki təzyiqə məruz qalan Alişa dərhal polisə müraciət edib. Onların hər ikisinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, Obameyanqın malikanəsinə hücum çəkənlər Kosovodan olan 4 nəfərlik alban dəstəsidir. Polis evdə araşdırma apardığı üçün "Barselona"nın hücumçusu və ailəsi otelə köçürülüb.

Xatırladaq ki, Obameyanq bu ilin yanvarında azad agent kimi "Barselona"ya gəlib. Robert Levandovskinin gəlişindən sonra arxa plana keçən forvardla yay transfer pəncərəsi zamanı "Çelsi" maraqlanırdı.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər