Obameyanq bağışlanmadı: "Heyətə qayıtması asan olmayacaq"

Obameyanq bağışlanmadı: "Heyətə qayıtması asan olmayacaq"

Bir müddət öncə intizamsızlığa görə cəzalandırılan Pyer-Emerik Obameyanq sabah "Arsenal"ın Premyer Liqada "Lids"lə oyununda iştirak etməyəcək. 

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə "topçular"ın baş məşqçisi Mikel Arteta məlumat verib. 

Mütəxəssi qabonlu hücumçunun cəzasının bir müddət davam edəcəyini bildirib: "Onun heyətə qayıtması asan olmayacaq. Belə qərarlar çətin və xoşagəlməzdir. Lakin nəyi düzgün hesab ediriksə, onu da etməliyik. Onun heyətə nə vaxt qatılacağı hələlik məlum deyil". 

Xatırladaq ki, intizam qaydalarının pozan forvard Premyer Liqanın 16-cı turunda "Sauthempton"la (3:0) və 17-ci turun "Vest Hem"lə  (2:0) oyunlarını buraxıb. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər