"O, yüklənmələrin öhdəsindən gələ bilmir, bizə yeni hücumçu lazımdır"

"O, yüklənmələrin öhdəsindən gələ bilmir, bizə yeni hücumçu lazımdır"

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın hücumçusu Antoni Marsyalı ardıcıl 7 matçda əvəzləməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, niderlandlı çalışdırıcının dediklərini "Sky Sports" belə çatdırıb: 

"Bunun öz səbəbi var. İş ondadır ki, Marsyal yüklənmələrin öhdəsindən gələ bilmir. Belə olduğuna görə yeni hücumçu axtarırıq. Hə, o pressinq edir, topu özündə saxlayır. Bunları unutmuram. Üç oyundan birində 90 dəqiqə mübarizə apara bilər. Bizə isə daha sürətli və daha çevik oyun sərgiləyə biləcək hücumçu lazımdır".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər