"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hazırda dünyanın ən yaxşı yarımmüdafiəçisinin kim olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, AS nəşri ispaniyalı mütəxəssisin bu barədə fikirlərini belə çatdırıb:
“Rodri inanılmaz futbolçudur. O, hazırda böyük fərqlə dünyanın ən yaxşı yarımmüdafiəçisidir. Bu futbolçu meydanda hər şeyi edə bilər. Rodri lazımi məqamlarda bizim üçün çox iş görüb, bir çox vacib qollar vurub”.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi İngiltərə çempionatının bu mövsümündə 21 matçda iştirak edib. Yarımmüdafiəçi bu görüşlərdə 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Rodrinin "şəhərlilər"lə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. İspan futbolçunun transfer qiyməti 110 milyon avro qiymətləndirilir.
Mirağa