Estoniya kubokunda 1/64 final mərhələsinin oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans” bu mərhələdə "Paide 3” ilə üz-üzə gəlib.
Futbolçumuzun komandası 4:0 hesablı darmadağınla növbəti mərhələyə yüksəlib.
Nurlan start "11-lik"də meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.
Fanat.Az