“Nizaminin yersiz top itirməsi...” - Zaur Svanadze

“Nizaminin yersiz top itirməsi...” - Zaur Svanadze

“Yaxşı ki, qalib gəldik və üç xal qazandıq. Komandamın oyunundan razı qaldım. Yenə oyuna yaxşı başladıq və erkən qol vurduq. Ancaq sonra həmişəki kimi təşvişə düşdük. Niyə belə olduğunu bilmirəm”. Fanat.Az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Azərbaycan Premyer Liqasının 4-cü turunda evdə “Kəpəz”ə qalib gələn (3:2) paytaxt təmsilçisinin gürcü çalışdırıcısı matçdan sonra təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: “Rəqib standart vəziyyətlərdə çox güclüdü və bundan istifadə etdilər. 3 qol vurduqdan dərhal sonra 2 qol buraxmaq yaxşı hal deyil. İkinci hissədə daha yaxşı oynadıq. Bizim üçün mövsüm boyu çox çətin olacaq”.

 

- Oyundan sonra futbolçulara nə dediz?

- Onları təbrik etdim. Dedim ki, bizi belə oyunlar çox gözləyir. Ancaq bəzi texniki problemlər var və bunları düzəltmək mümkündü. Öz üzərimizdə çalışmalıyıq.

 

- Nizami Hacıyevin əvəzlənməsi nə ilə bağlı idi?

- Nizamini əvəzləməyim zədəylə bağlı deyildi. Belə istədim.

 

- Futbolçular oyun zamanı tez-tez top itkilərinə yol verirdilər. Sanki nizam-intizam aşağı səviyyədədi. Məsələn, ilk qol buraxılan zaman Nizami Hacıyev mərkəzdə yersiz vəziyyətdə top itirdi, ikinci qolda isə Orxan Sadıqlı çox irəli çıxmışdı...

- Bu məsələdə haqlısız. Nizaminin yersiz top itirməsini nizam-intizamla bağlamıram. Belə vəziyyətlərə yol vermək olmaz. Onun əvəzlənməsi isə onun bu hərəkətləriylə bağlı deyildi. Sadəcə, qarşılaşmadan öncə əzələsində ağrı olduğunu demişdi.

FanatAz

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər