Niderlandlı ulduz karyerasını bitirdi

Niderlandlı ulduz karyerasını bitirdi
"Qroningen"in hücumçusu Aryen Robben peşəkar karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı niderlandlı ulduz bu barədə "Instagram" hesabında yazıb:
"Dəyərli futbol dostlarım, karyeramı bitirmək qərarına gəldim. Bu, çox çətin seçimdir. Hər birinizə isti münasibət və dəstəyə görə təşəkkür edirəm. Sizin Aryen".
Qeyd edək ki, PSV, "Çelsi", "Real Madrid" və "Bavariya"dakı çıxışı ilə tanınan Robben "Qroningen"in yetirməsidir. 2019-cu ildə futbolla vidalaşdığını açıqlayan vinger ötən il maliyyə çətinliyi ilə üz-üzə qalan "Qroningen"ə kömək etmək məqsədiylə yaşıl meydanlara dönmüşdü. O, geridə qalan mövsümdə Erediviziyada 7 oyuna çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər