"Tottenhem"in və Niderland millisinin vingeri Stiven Berqveyn iş yerini dəyişir.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Mənbə Berqveynin "Ayaks"la razılığa gəldiyini və bu gün Amsterdamda tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacağını bildirib. Xəbərdə "Ayaks"ın bu transfer üçün İngiltərə təmsilçisinə 30 milyon avro ödəyəcəyi vurğulanıb.
Xatırladaq ki, Berqveyn "Tottenhem"ə 2020-ci ilin yanvarında, 30 milyon avro qarşılığında PSV-dən transfer olunmuşdu.
Nihat