İcarə əsasında "Beşiktaş"ın formasını geyinən Niderland millisinin hücumçusu Vaut Veqorstun "Mançester Yunayted"ə nə vaxt qoşulacağı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış jurnalist Santi Auna yayıb.
Xəbərə görə, Veqorstun müqavilə ilə məxsus olduğu "Börnli", "Beşiktaş" və MY arasında aparılan danışıqlar müsbət yekunlaşıb və futbolçu bu həftə Mançesterə gələrək rəsmi anlaşmaya imza atacaq.
Qeyd edək ki, Veqorst DÇ-2022-nin 1/4 fianlında Argentina seçməsinin qapısına 2 qol vurub.
Nihat