Neymarın "Əl-Hilal"dakı qazancı bilindi - Fantastik məbləğ 

Neymarın "Əl-Hilal"dakı qazancı bilindi - Fantastik məbləğ 

PSJ-nin 31 yaşlı braziliyalı hücumçusu Neymar yaxın 48 saat ərzində Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə müqavilə imzalayacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.

Braziliyalı forvardın Səudiyyə Ərəbistanı klubundakı qazancı da bəlli olub.  Mənbənin iddiasına görə, 2026-ya qədər müddətə qədər nəzərdə tutulan müqaviləyə görə, ulduz futbolçunun maaşı illik 250 milyon avro olacaq.

Klublar artıq futbolçunun transferi ilə bağlı razılığa gəliblər. 

Neymar PSJ-də 6 mövsümdə 178 matça çıxıb, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər