"Mançester Yunayted" Neymar üçün PSJ-yə təqdim edəcəyi təkliflər paketi hazırlayıb.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" braziliyalı ulduzun qarşılığında Pol Poqba və Antoni Martialı Paris klubuna təklif edəcək. Onlardan başqa fransızlara əlavə 60 milyon avro təklif olunacaq.
Qeyd edək ki, PSJ-nin "Barselona"dan 222 milyon avroya transfer etdiyi Neymarın klubla 2022-ci ilədək müqaviləsi var.
Fanat.Az