Braziliyanın San-Paolo məhkəməsi "Barselona"nın ulduzu Neymarın 50 milyonluq əmlakına həbs qoyub. Fanat.az xəbər verir ki, həbs qoyulan əmlaka təyyarə, daşınmaz əmlak, yaxta və s. daxildi.
Braziliya məhkəməsi məşhur futbolçunu vergidən yayınmaqda ittiham edir. Amma Neymar özü bu ittihamı rədd edərək heç bir günahının olmadığını bildirib.
Fanat.az