Neymar üçün il başa çatdı

Neymar üçün il başa çatdı

PSJ-nin braziliyalı ulduzu Neymar "Sent-Etyen"lə (3:1) XV turun oyununda ciddi zədələnib.

Fanat.Az xəbər verir ki, görüşün 88-ci dəqiqəsində zədələnərək meydanı xərəkdə gözyaşları içərisində tərk edən hücumçunun durumuna aydınlıq gəlib.  

"RMC Sports"un məlumatına görə, Neymar 2021-ci ildə bir daha forma geyinə bilməyəcək. 

Qeyd edək ki, Paris klubu "Sent-Etyen"lə səfər matçında əzmkar qələbə qazanıb. Dubl edən Markinyos və Di Mariyonun vurduğu hər üç qolun ötürməsini isə Messi verib.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər