Neymar sevgilisini əlindən aldığı reperə söz atdı, ara qarışdı - FOTOLAR

Neymar sevgilisini əlindən aldığı reperə söz atdı, ara qarışdı - FOTOLAR
Çempionlar Liqasının yarımfinalında "Layptsiq"i 3:0 hesabı ilə yenən PSJ-nin ulduzu Neymar qalmaqala səbəb olub.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçunun matçdan sonra oxuduğu mahnı aranı qarışdırıb.
Belə ki, Neymar qələbəni kolumbiyalı məşhur reper Malumanın "Hawai" parçasını oxuyaraq qeyd edib.
Neymar sevgilisini əlindən aldığı reperə söz atdı, ara qarışdı - FOTOLAR
Maraqlıdı ki, Maluma bu mahnını həmin vaxt sevgilisi olan, hazırda isə Neymarla birlikdə yaşayan Natalia Drama üçün yazmışdı.
Neymar sevgilisini əlindən aldığı reperə söz atdı, ara qarışdı - FOTOLAR
Neymarın bu addımı onun kolumbiyalı reperə söz atması kimi şərh olunub. Malumanın buna cavabı gecikməyib. Reper "Instagram" hesabının hekayə bölümündə əl hərəkəti göstərdiyi bir foto paylaşaraq "Hər şey açığa çıxacaq, axşam görüşərik" yazıb.
Neymar sevgilisini əlindən aldığı reperə söz atdı, ara qarışdı - FOTOLAR
Qeyd edək ki, Neymarla Natalia Drama 2018-ci ildə - futbolçunun doğum günü mərasimində tanış olub. Həmin vaxt Natalianın sevgilisi Maluma doğum günü məclisində səhnəyə çıxmışdı.
Neymar sevgilisini əlindən aldığı reperə söz atdı, ara qarışdı - FOTOLAR
Natalia reperlə sevgili olsa da, Neymar sosial mediadadan onunla əlaqə yarıtmışdı. Onlar ayrıldıqdan sonra isə modellə görüşməyə başlamışdı.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər