Neymar satışa çıxarılır - Göstəriş verildi

Neymar satışa çıxarılır - Göstəriş verildi

PSJ braziliyalı hücumçusu Neymarı bu yay satmaq niyyətindədir.

Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, 30 yaşlı forvardın satışa çıxarılmasını klubun prezidenti Nasser Əl-Xelaifinin şəxsən istəyir.

Xəbərə görə, Əl-Xelaifi Paris təmsilçisinin digər rəsmiləri ilə bu barədə danışıb və onlara Neymarla vidalaşmağın vaxtının çatdığını söyləyib. Həftədə təxminən 580 min avro maaş alan Neymara müştəri tapmaq asan olmasa da, parislilərin müxtəlif variantları nəzərdən keçirəcəyi vurğulanıb.

Bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxan Neymar 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər