222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçən və ictimaiyyətə rəsmən təqdim olunan Neymar Fransa çempionatının ilk turunda oynamayacaq. Fanat.Az "Marka"ya istinadən xəbər verir ki, "sambaçı" “Amyen”lə bu gün baş tutacaq oyuna tribunadan baxacaq.
Səbəb transfer sənədlərinin gecikdirilməsidi. Paris klubu superulduzun adını yerli futbol qurumuna göndərə bilməyib. Başqa sözlə, braziliyalı sifariş olunmayıb.
Fanat.Az