Neymar bahalı avtomobili ilə öyündü: "Bu, mənim yeni uşağımdır" - FOTO

Neymar bahalı avtomobili ilə öyündü: "Bu, mənim yeni uşağımdır" - FOTO

Bahalı avtomobillərdən ibarət kolleksiyası olan Neymar qarajında​kı ​yeni qənimətlə öyünüb. 

Fanat.Az xəbər verir ki, braziliyalı ulduz "Lamborghini", "Bentley", "Aston Martin" və "Mercedes"dən sonra "Rolls Royce Ghost" alıb.

O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək belə öyünüb: "Bu, mənim yeni uşağımdır".

Nadir avtomobil olan bu "Rolls Royce Ghost"-un qiyməti 350 min avro civarındadır. 

Qeyd edək ki, Neymarın Səudiyyə Ərəbistanı "Əl-Hilal"ındakı qazancı ildə 100 milyon avrodur. Ulduz forvard bu mövsüm klubunda cəmi 5 oyun keçirib və bundan sonra çarpaz bağlarını zədələyib. O, dörd ay yaşıl meydandan uzaq düşüb və yalnız bu yaxınlarda yüngül məşqlərə başlayıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər