“Neftçi TV” platforma yayımçısı lisenziyasına sahib çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə açıqlama yayıb.
“Neftçi TV”yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib. Audiovizual Şuranın bu gün keçirilən iclasında aparılan müzakirələrdən sonra bu haqda qərar qəbul olunub.
Qeyd edək ki, “Neftçi Media” MMC tərəfindən Audiovizual Şuraya lisenziya alınması barədə müraciət edilmişdi. 2020-ci il iyulun 20-də yayıma başlayan “Neftçi TV” hazırda yalnız "Youtube" üzərindən yayımlanır.