Almaniya Avro-2024-ə ev sahibliyi etmək istəyir. Fanat.Az xəbər verir ki, namizədliyin irəli sürülməsi barədə qərar Almaniya Futbol İttifaqında (DFB) müzakirə və qəbul edilib.
Martın 3-də almanların UEFA-ya rəsmi müraciət ünvanlayacağı və yarışı 10 stadionda keçirmək planını Avropa futbol qurumuna çatdıracağı dəqiqdi.
DFB başqanı Raynhard Qrindeli dinləyək: “Avro-2024 alman futbolu üçün önəmli layihə ola bilər. 10 şəhər seçəcəyik və yüksək səviyyəli hazırlıq işləri aparacağıq. Proseslərin şəffaflıq fonunda həyata keçiriləcəyini əminliklə söyləməyə hazıram. Almaniyanın yaxşı infrastrukturu, bu yarışı ekoloji və iqtisadi yöndən səmərəli təşkil etmək anlayışı var”.
Xatırladaq ki, Almaniya indiyədək yalnız bir dəfə Avropa birinciliyinə qucaq açıb. 1988-ci ildə baş tutan və Hollandiyanın qələbəsiylə yekunlaşan AÇ sözügedən ölkədə keçirilib.
Fanat.Az