“Neftçi" və "Zirə"dən qələbə - YENİLƏNDİ

“Neftçi" və "Zirə"dən qələbə - YENİLƏNDİ

Misli Premyer Liqasında XIV turun görüşləri davam edir.

Fanat.Az xəbər veir ki, bu gün daha iki oyun keçirilib.

“Zirə” öz meydanında “Səbail”i 1:0 hesabı ilə məğlub edib. 73-cü dəqiqədə Rəhim Sadəxovun vurduğu qol görüşün taleyini həll edib.

Günün ikinci matçında isə "Neftçi" ilə "Qəbələ" üz-üzə gəlib. Paytaxt təmsilçisi rəqibini 2:0 hesabı ilə yenib. Bu qələbədən sonra xallarını 29-a çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. 20 xalı olan "Qəbələ" isı 5-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun ilk görüşündə "Şamaxı" "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib. Turun “Kəpəz” – “Turan Tovuz” və “Sabah” – “Qarabağ” matçları isə noyabrın 13-də keçiriləcək.

Misli Premyer Liqası XIV tur 12 noyabr (şənbə)

“Zirə” – “Səbail” 1:0

Qol: Rəhim Sadıxov, 73.

"Zirə": 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 17. Toni Qomes Baş məşqçi: Rəşad Sadıqov "Səbail": 1. Emil Balayev (k), 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo, 4. Maksim Çex Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa Baş məşqçi: Mahmud Qurbanov

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov Hakim-inspektor: Asim Xudiyev Zirə İdman Kompleksinin stadionu.

"Neftçi” – “Qəbələ” 2:0

Qollar: Kenni Sayef, 24, Rəhman Hacıyev, 76.

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval. Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 4. Solomon Kvirkveliya, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato. Baş məşqçi: Laurentsiu Regekampf. "Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal. Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 23. Rafael Utziq, 10. Omar Hani, 8. Andrey Strijak. Baş məşqçi: Elmar Baxşıyev. Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov Hakim-inspektor: Feyzulla Feyzullayev “Bakcell Arena”.

“Neftçi" və "Zirə"dən qələbə - YENİLƏNDİ

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər