“Neftçi” legioneri ilə yollarını ayırdı

“Neftçi” legioneri ilə yollarını ayırdı

“Neftçi” PFK müdafiəçi Mamadu Mbodjla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Fanat.Az xəbər verir ki, paytaxt klubu 29 yaşlı seneqallı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mbodj 5 mövsüm ərzində 94 rəsmi oyunda meydana çıxıb, 9 qola imza atıb, 2021-ci ildə Azərbaycan çempionu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər