Nazirlik fəxri ad alan idman adamlarının sayını açıqladı

Nazirlik fəxri ad alan idman adamlarının sayını açıqladı
Gənclər və İdman Nazirliyi 2020-ci ildə idman sahəsində fəxri ad alanların sayını açıqlayıb.
Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın Fanat.Az-a verdiyi məlumata görə, 20 nəfər "Azərbaycan Respublikasının Əməkdar məşqçisi" adı alıb.
12 nəfər "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi", 7 nəfər "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası" fəxri adına, 2 nəfər isə "Respublika dərəcəli hakim" adına layiq görülüb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər