Ukrayna Gənclər və İdman naziri Vadim Qutsayt 2022-ci il Olimpiadasına gedəcək idmançılar və məşqçilərlə görüş keçirib.
Fanat.Az xəbər verir ki, nazir milli komandanın idmançılarına özlərini necə aparmalı olduqları barədə məlumat verib.
Qutsayt bbütün iştirakçılara Rusiyadan gələn idmançılardan və onların bayraqlarından uzaq durmalı olduqlarını bildirilib.
“Bütün idmançılar və məşqçilərlə Yay Olimpiya Oyunlarında olduğu kimi, təxribatların baş verəcəyi hallarda necə davranmaq barədə onlayn görüş keçirdik. Onlar belə vəziyyətlərdə necə davranmalı olduqlarını bilirlər. Xəbərdar etdik ki, Rusiyadan gələn idmançılarla, bayraq nümayişində yan-yana durmasınlar. Biz bu barədə davamlı müzakirə aparırıq. Yay Olimpiya Oyunlarından sonra ilk dəfə deyildi ki, biz idmançılarla görüşüb bunu müzakirə edirik”, - deyə "SuspilneSport" Qutsaytdan sitat gətirib.
Xatırladaq ki, Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək. Pekində Ukrayna 45 idmançı ilə təmsil olunacaq. Mirağa