Nazim Süleymanov Moskva klubunda debüt etdi - İkiqat əlamətdar oldu

Nazim Süleymanov Moskva klubunda debüt etdi - İkiqat əlamətdar oldu

Azərbaycanlı məşqçi Nazim Süleymanovun çalışdırdığı Rusiya "Ximki"sinin gənclər komandası yoxlama matçı keçirib. 

Fanat.Az xəbər verir ki, Süleymanov qeyri-rəsmi də olsa, debüt matçında uğurlu nəticə əldə edib. 

Moskvalılar "Torpedo"nun gənclər komandasını sınağa çəkərək qalib - 1:0.

Beləliklə, Süleymanovun yetirmələri baş məşqçiyə ikiqat hədiyyə ediblər. Belə ki, həmyerlimiz bu gün həm də doğum gününü qeyd edir. Bu gün Nazim bəyin 58 yaşı tamam olur. 

Qeyd edək ki, aşağı liqada yarışan "Ximki"nin gənclərdən ibarət komandasında daha bir həmyerlimiz, Nazim Süleymanovun köməkçisi Emin Ağayev də çalışır. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər