Nazarovun məhsuldar ötürməsi işə yaramadı

Nazarovun məhsuldar ötürməsi işə yaramadı

Almaniyanın II Bundesliqasında IX turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, millimizin "milliləşdirilmiş" yarımmüdafiəçisi Dmitri Nazarovun komandası -  “Erzgebirge Aue” də növbəti matçına çıxıb.

 

Nazarovun şərəfini qoruduğu klub "Union Berlin"i qəbul edib. Final fitində sevinən tərəf qonaqlar olub. Meydan sahibləri 1:2 hesablı yenilgiyə üzülüb.

 

Start heyətində yer alan Dmitri sonadək əvəzlənməyib. Orta xətt oyunçusu komandasının 73-cü dəqiqədə vurduğu yeganə qolun ötürməsini verib.

 

Qeyd edək ki, “Erzgebirge Aue” 9 tura 13 xal toplayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər