Nazarov "fərqləndi", komandası uduzdu

Nazarov "fərqləndi", komandası uduzdu
Almaniya II Bundesliqasında XXIII tura start verilib. Fanat.az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" səfərdə "Union Berlin"lə qarşılaşıb.
 
Oyun "Union Berlin"in 2:1 hesablı qələbəsiylə nəticələnib. Nazarov oyunun 46-cı dəqiqəsində meydana çıxıb və 79-cu dəqiqədə sarı vərəqə alıb.
 
Qeyd edək ki, hazırda hesabında 30 xal olan "Karlsrue" 10-cu pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər