Almaniya II Bundesliqasında XXIX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" səfərdə "Kayzerslautern"lə qarşılaşıb.
Matç qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Nazarov bu görüşün 75-ci dəqiqəsindən etibarən mübarizəyə qoşulub.
Qeyd edək ki, "Karlsrue" hazırda 39 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.
Fanat.az