Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” Almaniya 2-ci Bundesliqasında 29-c turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Aue təmsilçisi evdə "Hannover 96" ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Meydana 46-cı dəqiqədə çıxan Nazarov sonadək mübarizə aparıb.
Qeyd edək ki, 29 turdan sonra 19 xalı olan “Ersgebirge” sonuncu - 18-ci pillədə qərarlaşıb.