Nazarov oynadı, komandası qalib gəldi

Nazarov oynadı, komandası qalib gəldi

Almaniya II Bundesliqasında XXI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" səfərdə "Duysburq"la qarşılaşıb. 

Futbolçumuzun komandası bu oyunda 1:0 hesablı qələbəyə sevinib. Nazarov görüşün 61-ci dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, "Karlsrue" hazırda 29 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər