Narkotikdən imtina edən Maradona içkiyə qurşanıb

Narkotikdən imtina edən Maradona içkiyə qurşanıb
"Ximnasiya"nın baş məşqçisi Dieqo Maradonanın alkoqolla bağlı problemləri var.
Fanat.Az "Infobae"yə istinadən xəbər verir ki, Maradonanın şəxsi həkimi Leopol Luke onun narkotik asılılıqdan xilas olduğunu bildirib:
"Dieqonun artıq kokainlə bağlı problemi yoxdu. O, "təmizdi". Maradonanın indi alkoqol problemi var. Bəzən o, çox içir. Amma biz bunun üzərində də işləyirik.
Karantin və ailə problemləri ona təsir edib. Maradonanın qəbul etdiyi xüsusi dərmanların dozasını azaltmağı planlaşdırırıq. Uzun illər istifadədən sonra birdən-birə sözügedən preparatları tamamilə kəssək, bədən pis reaksiya verə bilər".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər