"Nant"la oyun yunanlar üçün niyə bu qədər əhəmiyyətlidir? 

"Nant"la oyun yunanlar üçün niyə bu qədər əhəmiyyətlidir? 

"Qarabağ" bu gecə Avropa Liqasının qrup mərhələsində "Frayburq"la vacib oyuna çıxacaq. 

Fanat.Az xəbər verir ki, G qrupunda mübarizə aparan təmsilçimizin pley-offa adlamaq baxımından taleyi öz əlindədirsə, şansı qalmayan "Olimpiakos" da "Nant"la oyunda qələbəyə köklənib.

Belə ki, Yunanıstan mətbuatı, konkret "sport-fm.gr" portalı fransalılarla matçın onlar üçün əhəmiyyətini qabardıb: "Olimpiakos" cari mövsümdə son avrokubok oyununu keçirir. Pireylilər üçün iştirak etdiyi 7-ci qrupda demək olar, hər şey bitib. "Frayburq" birinci yerə zəmanət verir. 2-3-cü yerlər üçün iki ssenari var. "Qarabağ" evdə "Frayburq"u udsa, "Nant" üçün motivasiya qalmayacaq. Eyni zamanda, "Olimpiakos" fransızları büdrətsə, azərbaycanlılar qrupdan çıxacaq.

Pireylər riyazi olaraq Avropadan kənarda qalsa da, bu o demək deyil ki, Miçelin komandası axşamkı matça laqeyd yanaşacaq. Əvvəla, "qırmızı-ağlar" bu mövsüm 14 matçda qalib gələ bilmədikləri üçün Avropada ilk qələbəsini axtarır. Avropa səviyyəsində son uğur ötən il Karaiskakidə “Fənərbağça” üzərində 1:0 hesablı qələbə olub. Eyni zamanda, Yunanıstan çempionları UEFA reytinqində qazancını yaxşılaşdırmaq istəyir ki, builki çıxışını cəmi 3000 xalla bitirməsinlər. Bununla yanaşı, “Olimpiakos” qrupu qalibiyyətsiz başa vurduğu 2017/18 mövsümündəki antirekordunu təkrarlamaq riskindən qaçmaq istəyir. 

Digər stimul maddidir, çünki qələbə 630 min, heç-heçə isə 230 min avro gəlir deməkdir. İndiyə qədər "qırmızı-ağ"ların qazancı 3,6 milyon avrodur".

Qeyd edək ki, "Qarabağ" bu gün "Frayburq"la Bakıda saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər