Namikin qolu "Bursaspor"a kömək etmədi

Namikin qolu "Bursaspor"a kömək etmədi

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov "Bursaspor"da növbəti qolunu vurub.

Fanat.Az xəbər verir ki, o, 1-ci Liqanın 32-ci tur matçında səfərdə "İstanbulspor"un qapısına yol tapıb. 

Namik 7-ci dəqiqədə Mert Yılmazın məhsuldar ötürməsindən sonra hesabı açıb. Bu, Ələskərovun Bursa təmsilçisində 5-ci qolu olub. Ələskərovun qolu "timsahlar"a kömək etməyib. Sonradan 3 qol vuran meydan sahibləri Bursa təmsilçisini evə məğlub göndərib.

Hazırda 31 xalı olan "Bursaspor" çempionatın turnir cədvəlində 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər