Namik Ələskərovun çıxış etdiyi "Bursaspor"un Ziraat Türkiyə Kubokunun növbəti mərhələsində rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bursalıların 4-cü mərhələdə rəqibi TFF II Liqa təmsilçisi "Kırşehir Bələdiyyəspor" olub.
"Bursaspor" ötən mərhələdə səfərdə "Ceyhanspor"u 6:1 hesabı ilə məğlub edib.
"Kırşehir Bələdiyyəspor"la qarşılaşma 30 noyabr-2 dekabr aralığında Bursada - "Bitci Timsah Park"da oynanılacaq. Mirağa