Millimizin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" komandası azarkeşlərin hücumuna məruz qalıb.
Fanat.Az xəbər verir ki, hadisə Bursa təmsilçisinin səfərdə "Kocaelispor"a 1:2 hesabı ilə uduzduqları TFF 1-ci liqasının XII tur oyundan əvvəl baş verib.
Klubun rəsmi "Twitter" səhifəsinin yaydığı xəbərə görə, azarkeşlər avtobusu stadiona daxil olarkən təpikləməyə başlayıb. Bundan əlavə, tərəfdarlar avtobusa butulkalar da atıblar.
Qeyd edək ki, "Bursasspor"un yeganə qolunu 60-cı dəqiqədə penaltidən Namik Ələskərov vurub.