Namik Ələskərov qola üzüldü, matç yarımçıq qaldı

Namik Ələskərov qola üzüldü, matç yarımçıq qaldı

Türkiyə I Liqasında 22-ci turunun oyunu yarımçıq qalıb. 

Fanat.Az xəbər verir ki, turun son görüşündə millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" "Eyüpspor"un qonağı olub.

"Timsahlar"ın 5-ci sırada qərarlaşan rəqibi ilə dueli Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Matç güclü qar üzündən 16-cı dəqiqədə dayandırılıb. Oyun dayandırılana qədər "Eyüpspor" hesabı açmağa imkan tapıb. Qarşılaşma sabah 20:00-da qaldığı yerdən davam etdiriləcək. 

Onu da qeyd edək ki, Namikin Türkiyə I Liqasında debütü məhz "Eyüpspor"la birinci dövrədəki görüşə təsadüf edib. Ötən il avqustun 28-də Bursada baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. 

Qeyd edək ki, "Bursaspor" 20 oyunda 20 xal toplayaraq 17-ci pillədə qərarlaşıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər