Namik Ələskərov oyuna xəstə halda çıxıb

Namik Ələskərov oyuna xəstə halda çıxıb

"Bursaspor"da çıxış edən Azərbaycan millisinin üzvü Namik Ələskərov komandasının "Samsunspor"la (1:1) səfər oyununa xəstə halda çıxıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Bursaspordabugün" saytının idman yazarı Sərkan Yetişmişoğlu bildirib. O, oyunla bağlı reportajında bildirib ki, 27 yaşlı yarımmüdafiəçi qripə yoluxsa da, meydana start heyətində daxil olub.

Qeyd edək ki, Namik Ələskərov qarşılaşmanın 82-ci dəqiqəsində Tuğbəy Akgünlə əvəzlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər