"Namik Ələskərov "Bursaspor"un ən yaxşısıdır"

"Namik Ələskərov "Bursaspor"un ən yaxşısıdır"

Türkiyə mətbuatı bu gün I Liqada "İstanbulspor"un qonağı olacaq "Bursaspor"un azərbaycanlı futbolçusu Namik Ələskərovdan yazıb.

Fanat.Az yerli mətbuat millimizin hücumçusunun "timsahlar"ın ən yaxşı oyunçusu adlandırıb.

Ələskərovun göstəricilərini qabardan mənbə onun 4 dəfə fərqləndiyini və 6 məhsuldar ötürmə etdiyini, 10 qolda birbaşa iştirakını vurğulayıb. O, bu göstəricidə belçikalı legioner Massimo Brunonu (5 qol, 4 məhsuldar ötürmə) qabaqlayır. 

27 yaşlı hücumçu "Bursaspor"un heyətində 26 çempionat oyununa çıxıb.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər