Namik Ələskərov "Bursaspor"a qələbə qazandırdı

Namik Ələskərov "Bursaspor"a qələbə qazandırdı

Türkiyə I Liqasında 34-cü tura start verilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun komandası "Bursaspor" da növbəti matçına çıxıb.

Liqada qalmaq uğrunda mübarizə aparan "timsahlar" doğma meydanda "Dənizlispor"u sınağa çəkıb.

Namik Ələskərovun 30-cu dəqiqədə vurduğu qol "Bursaspor"a qələbə qazandırıb. 27 yaşlı futbolçu 54-cü dəqiqədə ikinci qolu vurmağa yaxın olsa da, o, penaltini dəqiq yerinə yetirə bilməyib. 64-cü dəqiqədə isə əvəzlənib. 

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"da 6 qol və 6 məhsuldar ötürmə ilə komandasının ən yaxşı oyunçusudur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər